5 AVQUST 2019
KAMERUN
Yehovanın Şahidləri Kamerunda basa dilində İncil dərc edib
Yehovanın Şahidləri 2 avqust 2019-cu il tarixində Kamerunun Duala şəhərində keçirilən regional toplantıda basa dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan edib. Tərcümə 18 aya ərsəyə gəlib. Bu, Yehovanın Şahidlərinin Kamerunda danışılan yerli dildə dərc etdiyi ilk tərcümədir.
Elanı 2015 nəfərin iştirakı ilə Loqbessu Toplantı Zalında keçirilmiş regional toplantının ilk günündə Kamerun filialının komitə üzvü Piter Kanninq səsləndirib.
İncil dərc edilməzdən əvvəl basa dilində danışan bacı-qardaşlarımız çətin dili olan və baha qiymətə satılan tərcümədən istifadə etməli olurdular. Layihə üzərində işləyən tərcüməçilərdən biri deyib: «Yeni dərc edilmiş tərcümə Müqəddəs Kitabı daha asan başa düşməyə kömək edəcək, onların Yehovaya və təşkilatına məhəbbətini artıracaq».
Kamerunda basa dilində 300000 adam danışır. Kamerun filialının nəzdində olan ərazidə 1909 basadilli təbliğçi yaşayır.
Biz əminik ki, bu dəqiq və asan başa düşülən tərcümə oxuculara Allahın sözünün canlı və qüdrətli olduğunu görməyə kömək edəcək (İbranilərə 4:12).