10 OKTYABR 2022
KAMERUN
«Yeni Dünya Tərcüməsi» bütöv şəkildə basa (Kamerun) dilində işıq üzü gördü
1 oktyabr 2022-ci il tarixində Kamerun filialının komitə üzvü Stiven Attoh qardaş elektron formatda basa (Kamerun) dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin işıq üzü gördüyünü elan etdi. Tədbir həm canlı yayımlandı, həm də videoyazıya alındı. Kitabın çap formatı 2023-cü ilin aprel ayında hazır olacaq. Bu, Yehovanın Şahidlərinin Kamerundakı yerli dillərə tərcümə etdiyi ilk Müqəddəs Kitabdır. 2019-cu ildə basa (Kamerun) dilində «İncil» işıq üzü görmüşdü.
Bu nəşrdən əvvəl həmin dildə Müqəddəs Kitabın başqa tərcümələri də mövcud idi. Amma bu kitabları tapmaq həm çətin idi, həm bahalı olurdular, həm də arxaik dildə idilər. Bir tərcüməçi demişdi: «Maraqlananlar “Yeni Dünya Tərcüməsi”ni asanlıqla əldə edə bilir. Sadə və müasir dildə olması sayəsində kitab asan başa düşülür».
Biz sevinirik ki, basa (Kamerun) dilində danışan dindaşlarımızın «Yeni Dünya Tərcüməsi» var. Bu kitab vasitəsi ilə onlar həm fərdi mütaliə edirlər, həm də əbədi həyata layiq olanları axtarırlar (Mətta 10:11).