Kontentə keç

26 İYUN 2018
KAMERUN

Kamerunda yeni filialın tikintisi davam edir

Kamerunda yeni filialın tikintisi davam edir

Kamerunun Duala şəhərində təxminən 50 beytelli tamvaxtlı xidmətdə iştirak edir. Onlar tezliklə yeni filialda xidmət edəcəklər, çünki hal-hazırda şəhərin Bonaberi hissəsində yerləşən ofislər Loqbesou hissəsindəki yeni tikilmiş binalarla əvəz ediləcək. 2017-ci ildə Kamerunda keçirilən Məsihin ölümünü anma mərasimində təbliğçilərin sayından iki qat daha artıq, haradasa 100 000-dən çox adam iştirak edib. Yeni filialın tikintisi buradakı teokratik fəaliyyətin irəlilədiyinin bir göstəricisidir.

Qardaşlarımız ildırım qorunması sistemini quraşdırır.

Tikinti ərazisi artıq mövcud olan toplantı zalının yaxınlığında yerləşir. İnşaat işlərinə bünövrə qazıntısı ilə başlanılıb. Layihə tamamlananda ərazidə mövcud olan binalara bənzəyəcək (yuxarıdakı şəkildə filialın necə görünəcəyi təsvir olunur). Hal-hazırda gedən layihələrə əsasən, Beytel ailəsinin üzvləri 2019-cu ilin sonunda buraya köçürüləcəklər.

Kamerun Beytel ailəsinin üzvü olan və İctimai İnformasiya Mərkəzində xidmət edən Jilles Mba deyir: «Minlərlə bacı-qardaşımızın Əşiyanın ruhunu sərgiləməsini, könüllü olaraq tikintiyə kömək etməsini görmək necə də ruhlandırıcıdır!» (Əşiya 6:8). Sonra o, sözlərinə əlavə edir: «Bu fəaliyyət filialda xidmət edən hər kəsi cuşa gətirir. Biz yeni ofisləri Yehovanın adına izzət gətirmək üçün istifadə etməyə daha istəkliyik və özümüzü hazır hiss edirik».

Xüsusi görüşdə iştirak edən təxminən 2800 bacı-qardaşdan bəziləri filialın tikintisinə necə dəstək ola biləcəklərini öyrənirlər.