Kontentə keç

Polis maşını Kvebekin Sent-Mari-de-Bos şəhərində su basmış körpüyə girişi bağlayıb

17 MAY 2019
KANADA

Kanadada böyük daşqın

Kanadada böyük daşqın

Kanadanın Nyu-Bransuik, Ontario və Kvebek əyalətlərində minlərlə insan daşqın nəticəsində məcburi köçürülüb. Təkcə Kvebek əyalətində 9000 insan evlərindən təxliyə olunub.

Kanada filialının verdiyi xəbərə görə, Kvebekdə qardaşlarımıza məxsus 44 evə zərər dəyib. Nyu-Bransuik və Ontarioda hər hansı zərər barədə xəbər yoxdur, lakin daşqın hələ də davam edir.

Kvebekin zərər dəymiş ərazilərində rayon nəzarətçiləri təbliğçilərə təsəlli vermək üçün yerli ağsaqqallarla əməkdaşlıq edirlər. Əlavə olaraq, filial nümayəndəsi ruhani təsəlli vermək üçün ən çox zərər dəymiş ərazilərə baş çəkib. Bos regionunda bacı-qardaşlar ilkin təmizləmə işlərini bitirib və qardaşlarımıza məxsus 20 evdən palçığı təmizləyiblər. Evlərinə zərər dəymiş bacı-qardaşlara kömək etmək üçün Sent-Mart-sür-le-Lakda Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil olunub.

Dua edirik ki, daşqından zərər çəkmiş qardaşlarımız onların gücü və qüvvəti olan Yehovaya güvənməyə davam etsinlər (Çıxış 15:2).