Kontentə keç

Öncül kimi xidmət edən Mudaheranva cütlüyü iş yerində

6 APREL 2020
KANADA

Narahat vaxtda qəlb rahatlığı

Narahat vaxtda qəlb rahatlığı

Qardaşımız Jan-İv Mudaheranva və onun həyat yoldaşı Vaşti Kanadanın Monreal şəhərində koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşurlar. Jan-İv tənəffüs terapevti, Vaşti isə COVID-19 xəstələrinin müalicə aldığı xəstəxanada tibb bacısı işləyir. Bu gərgin, narahat vaxtda onların güc mənbəyi Yehovadır və onlar Allahımızın vəd etdiyi sevinci hiss edirlər (Əşiya 65:14).

Jan-İv deyir: «İş yoldaşlarım çox qorxurlar, əvvəllər onlarda belə qorxu görməmişəm». Onun yoldaşı isə deyir: «Şəxsi mütaliə bizə çox kömək edir. Biz axırzamanın əlamətləri haqqında düşünürük. Biz özümüz-özümüzə xatırladırıq ki, Yehova bizimlədir və heç vaxt bizi tərk etməyəcək. Dua da çox kömək edir. Səhər işə getməzdən əvvəl dua edirəm və qəlbimdə rahatlıq yaranır».

Mudaheranva cütlüyü yığıncaq görüşündə

«Özüm Ruandadanam, soyqırımdan sağ çıxanlardanam. Ruandada yaşadıqlarımın heç biri Kanadada olmayıb, buna görə bəzən axırzamanda yaşadığımızı unuda bilərik. Düzü, mən də bəzən Yehovanın gününün yaxın olduğunu unudurdum, halbuki onu həmişə yadda saxlamalıyıq. Bu pandemiya axırzamanda yaşadığımıza dair əminliyimi, Müqəddəs Kitaba və onun peyğəmbərliklərinə imanımı möhkəmləndirdi».

Bütün dünyadakı Yehovanın xidmətçiləri bu ər-arvad kimi əmindirlər ki, Yehova bu böhran zamanı onlara qəlb rahatlığı verəcək (Əşiya 48:18).