Kontentə keç

17 İYUL 2013-CÜ İL
KANADA

Leysan yağışları Albertada daşqınlara səbəb olub

Leysan yağışları Albertada daşqınlara səbəb olub

19 iyun 2013-cü ildə başlayan şiddətli leysan yağışları Kanadanın Alberta əyalətində güclü daşqına səbəb olub. Ən azı 4 nəfər həyatını itirmiş, 100000 nəfər isə evindən çıxmalı olmuşdu. Yehovanın Şahidlərindən 298 nəfər həmin ərazidən evakuasiya edilmişdi. Kalqari şəhərinin böyük «Seddldoum» arenasında keçirilməsi planlaşdırılan konqres təxirə salınıb. Daşqın nəticəsində Hay-River şəhərində Yehovanın Şahidlərinə məxsus olan 58 evə ziyan dəymiş, bir Padşahlıq zalı isə qəzalı vəziyyətə düşmüşdü. Yehovanın Şahidləri arasından olan yerli ağsaqqallardan ibarət komitə zərərçəkənlərə yardım göstərilməsini təşkil etmişdir. Kanada filialının nümayəndəsi daşqının qurbanlarına ruhani yardım göstərmək üçün həmin əraziyə baş çəkib.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel. +17185605000

Kanada: Mark Ruj, tel. +19058734100