25 İYUL 2017
KANADA
Britaniya Kolumbiyasındakı güclü yanğınlar Yehovanın Şahidlərinin evlərinə qayıtmasına əngəl törətdi
2017-ci il 7—9 iyul tarixlərində Yehovanın Şahidlərinin keçirdiyi regional toplantıda iştirak edən 130-dan çox ailə Prins-Corc (Britaniya Kolumbiyası) şəhərinin cənubunda baş verən güclü yanğın səbəbilə öz evlərinə qayıda bilmədi.
Yehovanın Şahidlərinin Ontario əyalətində yerləşən Kanadadakı filialı zərərçəkən dindaşlarını müvəqqəti sığınacaq və qida ilə təmin etmək üçün təbii fəlakətdən zərər çəkənlərə yardım komitəsi təşkil etdi. Bundan əlavə, toplantının keçirildiyi mərkəzin (CN Centre) müdiriyyəti təxminən 2500 Yehovanın Şahidinə müvəqqəti sığınmaları üçün treylerlərini həmin ərazidə saxlamağa icazə verdi.
Yehovanın Şahidlərinin Rəhbərlik Şurası baş idarədən ümumdünya təbliğ işinə edilən ianələrin bir qismini təbii fəlakətdən zərər çəkənlərə yardım işinə sərf edir.
Əlaqə üçün:
Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000
Kanada: Mateu Rozon, tel.: +1 905 873 4100