Kontentə keç

Keniya Təhsil Nazirliyi tərəfindən verilmiş qərar

7 İYUN 2022
KENİYA

Keniya hökuməti məktəblilərin hüquqlarını müdafiə edən qərar qəbul edib

Keniya hökuməti məktəblilərin hüquqlarını müdafiə edən qərar qəbul edib

2022-ci il martın 4-ü Təhsil Nazirliyi məktəb müdiriyyətindən şagirdlərin dini etiqadına hörmət göstərməyi tələb edən qərar qəbul edib. Ümid edirik ki, bu qərar Yehovanın Şahidlərinin uzun illər diskriminasiyaya məruz qalan uşaqları üçün yaxşı müdafiə olacaq.

2015-ci ildən bəri Yehovanın Şahidlərinin ailəsindən olan 36 şagird məktəbin təşkil etdiyi dini mərasimlərdə iştirak etmədiyi üçün dərslərdən kənarlaşdırılıb. 2018-ci ildə Yehovanın Şahidlərinin Nayrobidəki filialından təmsilçilər məktəblərdəki pis rəftarla bağlı Keniyanın təhsil rəsmiləri ilə görüşüb. 2018-ci il oktyabr ayının 23-də isə təmsilçilər Nazirlər Kabinetinin təhsil katibi Dr. Amina Muhammed ilə görüşüb.

Hökumətin qəbul etdiyi qərarda açıq şəkildə deyilir ki, Keniyada bəzi «məktəb müdirləri və köməkçiləri şagirdləri məktəbdən uzaqlaşdırmaq üçün çox əsassız bəhanələrdən istifadə edirlər». Qərarda vurğulanır ki, «xüsusilə də bəzi məktəblər şagirdlərin din azadlığı hüququnu tapdalayır və onları məktəbə qəbul etməmək və ya məktəbdən xaric etmək üçün dindən səbəb kimi istifadə edirlər».

Bu Keniyada çoxlu müzakirələrə səbəb oldu. Xəbər agentləri qeyd edib ki, bu qərar «dini hüquqların tapdalanmasının müxtəlif milli qanunlara, regional və beynəlxalq konvensiyalara,.. ən əsası isə Keniya Konstitusiyasına zidd olduğunu təsdiqlədi». Buna görə də Yehovanın Şahidi olan uşaqlardan və başqalarından «dinlərinə zidd gedən nə isə etməyi» tələb edə bilməz. Qərarın sonunda isə bütün məktəb rəsmilərinin bu təlimata əməl etməyi tələb olunub.

Nayrobidə yaşayan 17-yaşlı bacımız Kimberli Nyanget deyir: «məktəbdəki dini tədbirlərdə iştirak etmədiyim üçün valideynlərim beş dəfədən çox məktəbə çağırılmışdı. Çox şadam ki, bu təlimat Müqəddəs Kitaba əsaslanan mövqeyimizi dəstəkləyir».

Verdikləri bu qərara görə dövlət rəsmilərinə minnətdarıq. Bunun sayəsində Keniyadakı məktəblilər qətiyyətlə öz dini mövqelərinə uyğun davrana biləcəklər (1 Korinflilərə 15:58).