4 SENTYABR 2019
KENİYA
Keniyada dxoluo dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» buraxılıb
30 avqust 2019-cu il tarixində Keniyanın Kisumu şəhərində keçirilmiş regional toplantıda dxoluo dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin buraxılışı barədə elan edilib. Elanı toplantının ilk günündə Keniyanın filial komitəsinin üzvü Remi Prinql səsləndirib. Digər iki məkandan canlı qoşulmuş iştirakçılar da daxil olmaqla, proqrama ümumilikdə 2481 nəfər qulaq asıb.
Layihə təxminən üç il çəkib. Tərcümə qrupunun bir üzvü deyir: «Dxoluo dilində tam Müqəddəs Kitabın həsrətində olan bacı-qardaşlara bu tərcümə böyük təsir göstərəcək. Yığıncaqlarımızda əksər ailələrin ailədə hər kəs üçün Müqəddəs Kitab almağa imkanı yox idi. İndi hər kəsin öz nüsxəsi olacaq. Bu, böyük xeyir-duadır. Tərcümə sadə dildədir, buna görə indi şəxsi mütaliə və ailəvi ibadət bacı-qardaşların imanını daha çox möhkəmləndirəcək».
Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» tam və ya hissələrlə 184 dilə tərcümə olunub, onlardan 25-i tam olaraq 2013-cü ilin yenidən baxılmış nəşrindən tərcümə olunub. Biz əminik ki, bu nəşr Keniya filialının nəzdində olan ərazidə yaşayan 1800 dxoluodilli təbliğçiyə Yehovaya yaxınlaşmağa davam etməyə kömək edəcək. İndi bacı-qardaşlar bu dildə danışan 5 milyondan çox insana daha səmərəli təbliğ edə biləcək (Mətta 24:14).