Kontentə keç

Hücumun baş verdiyi Keniyanın Nayrobi şəhərindəki Dusit hotel kompleksi

25 YANVAR 2019
KENİYA

Keniyada hotel kompleksinə hücum

Keniyada hotel kompleksinə hücum

2019-cu il yanvarın 15-i Keniyanın Nayrobi şəhərində yerləşən hotel və ofis binasından ibarət kompleksə hücum nəticəsində ən azı 21 nəfər öldürülüb.

Keniya filialının verdiyi məlumata görə, filialdan yeddi kilometr aralıda baş verən hadisə zamanı təbliğçilər arasında öldürülən və ya xəsarət alan olmayıb. Mühasirədə olan Dusit kompleksində ondan çox bacı-qardaş işləyir. Hücum zamanı onlardan yeddisi işdə deyildi. Qalanları isə sağ-salamat təxliyə edilib. Təxliyə olunanların arasında mühasirə zamanı on iki saat ərzində gizlənmiş bir bacı və bir qardaş var idi.

Yerli ağsaqqallar və rayon nəzarətçiləri faciənin təsir etdiyi təbliğçilərə ruhani kömək göstərirlər. Dua edirik ki, Yehova bu çətin zamanda qardaşlarımıza təsəlli verməyə davam etsin (1 Korinflilərə 1:3, 4).