Kontentə keç

5 İYUL 2023
KENİYA

Keniyada məhkəmə məktəblilərin ibadət etmək hüququnu qorudu

Keniyada məhkəmə məktəblilərin ibadət etmək hüququnu qorudu

12 may 2023-cü il tarixində Keniyanın Apelyasiya Məhkəməsi məktəblilərin ibadət etmək azadlığı hüququnu qoruyan vacib qərar qəbul etdi. Qanuna görə Keniyada heç kəs əqidəsinə zidd gedən fəaliyyətdə iştirak etməyə məcbur edilə bilməz. Bununla belə, 2015-ci ildən 41 Yehovanın Şahidi əqidəsinə görə məktəbdən xaric olunmuş və ya uzaqlaşdırılmışdır.

Apelyasiya məhkəməsinin qərarı 2017-ci ildə baş vermiş hadisə ilə bağlıdır. Yehovanın Şahidi olan 9 şagird məktəbdə keçirilən əqidələrinə zidd gedən tədbirdə iştirak etməkdən hörmətcil şəkildə imtina etmişdi. Onların imtina etməsi işi məhkəməyə kimi gətirib çıxardı. 2019-cu ildə aşağı instansiya məhkəməsi qət etdi ki, məktəb Yehovanın Şahidi olan şagirdləri tədbirdə iştiraka məcbur etməklə onların hüquqlarını pozmamışdır. Amma 12 may 2023-cü ildə Keniya Apelyasiya Məhkəməsi bildirdi ki, bununla «şagirdlərin təhsil almaq və ləyaqət hüquqları tapdanmışdır». Məhkəmə həmçinin qeyd etdi ki, Yehovanın Şahidlərindən tədbirdə iştirak etmək tələbi «qərəzli və konstitusiya zidd» tələb idi. İş üzrə hakimlərdən biri yazıb: «Bu qərarın məqsədi məktəblərə şagirdlərin din hüquqlarına dair rəhbərlik verməkdir».

Bu qərar Keniya Təhsil Nazirliyi tərəfindən 2022-ci ilin mart ayında verilən göstərişi daha da qüvvətləndirdi. Nazirlik göstəriş vermişdi ki, məktəb rəhbərliyi şagirdlərin din hüquqlarına hörmət etsin. Bu, Keniyanı Yehovanın Şahidi olan şagirdlərin hüquqlarını müdafiə edən oxşar qərarlar çıxarmış Afrika ölkələrinin siyahısına daxil edir. Bu siyahıda Malavi və Ruanda da var.

Pak ibadətin müdafiəsinə qalxan Keniyadakı və digər ölkələrdəki gənclər əmin ola bilərlər ki, Yehova onlarla fəxr edir (Məsəllər 29:25).