Kontentə keç

14 OKTYABR 2013-CÜ İL
KENİYA

Keniyadakı ticarət mərkəzində atışma

Keniyadakı ticarət mərkəzində atışma

2013-cü il sentyabrın 21-də bir silahlı dəstə Nayrobidəki (Keniya) ticarət mərkəzlərinin birinə basqın edib. Ən azı 67 nəfər qətlə yetirilib, 175 nəfər yaralanıb. Yehovanın Şahidlərinin filialı xəbər verir ki, atışma zamanı Şahidlərdən hadisə yerində olanlar olsa da, xətər alan olmamışdır. Yehovanın Şahidlərinin Keniyadakı nümayəndəsi Cosfat Makori deyir: «Bu hadisə bizi çox kədərləndirdi. Doğmalarını və əzizlərini itirən hər kəsə öz başsağlığımızı bildiririk. Biz çalışırıq ki, belə bir çətin anda insanlara dəstək olaq və əlimizdən gələn ruhani köməyi əsirgəməyək».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000

Keniya: Cosfat Makori, tel.: +254203873211