Kontentə keç

Solda: Qardaş sensorlu ekrandan istifadə edərək ziyarətçilərə jw.org saytını göstərir. Dairədəki şəkil: Boqotada (Kolumbiya) keçirilən Beynəlxalq Kitab Sərgisinin girişi

6 İYUN 2024
KOLUMBİYA

Kolumbiyadakı Beynəlxalq Kitab Sərgisində Müqəddəs Kitabı öyrənməyin vacibliyi vurğulanır

Kolumbiyadakı Beynəlxalq Kitab Sərgisində Müqəddəs Kitabı öyrənməyin vacibliyi vurğulanır

2024-cü ilin aprelin 17-dən mayın 2-nə kimi Boqotada (Kolumbiya) Beynəlxalq Kitab Sərgisi keçirildi. Təşkilatçıların sözlərinə görə sərgiyə 25 ölkədən 600 000-dən çox qonaq gəlmişdi. Müqəddəs Kitabın dəyərini və oradakı ümid xəbərini insanlara çatdırmaq üçün Yehovanın Şahidləri sərgidə bir köşk hazırlamışdılar.

Bacı-qardaşlar köşkümüzə yaxınlaşanlarla Müqəddəs Kitab haqda danışırlar

Bir kişi köşkümüzə yaxınlaşaraq dedi ki, o, uşaq ikən Yehovanın Şahidləri onun ailəsini ziyarət etmişdi. Kişi Allah və Müqəddəs Kitabdakı xəbər haqda öyrənməyin ona hələ də maraqlı olduğunu dedi. Qardaşımız «Əbədi xoşbəxt həyat!» kitabından istifadə edərək ona Müqəddəs Kitab dərslərinin necə keçirildiyini göstərdi. Sonra isə jw.org saytı vasitəsilə evinə yaxın ibadət görüşü tapmağı və Yehovanın Şahidlərinin onu ziyarət etməsi üçün necə müraciət edə biləcəyini izah etdi. Bir neçə gün sonra biləndə ki kişi «JW Library» tətbiqini telefonuna yükləmiş, bazar günü ibadət görüşündə iştirak etmiş və Müqəddəs Kitab dərsinə başlamışdı, qardaşımız çox sevindi.

Ana oğlu ilə birgə Müqəddəs Kitab dərsi haqda məlumat alır

Bir ana oğlu ilə birgə köşkümüzə yaxınlaşdı və qadının oğlu böyük həvəslə «Yehovanın dostu ol» silsiləsindən bir cizgi filminə baxdı. Qadın bacıların birindən bu maarifləndirici cizgi filmlərini haradan ala biləcəyini soruşdu. Bacı izah etdi ki, bu videoları, eləcə də Müqəddəs Kitaba əsaslanan və gənclərə düzgün davranmağa, Allaha yaxınlaşmağa kömək edən çoxlu materialları jw.org saytından pulsuz şəkildə əldə edə bilər. Oğlu ilə birgə daha bir neçə videoya baxdıqdan sonra qadın videoların keyfiyyətinə və onların verdiyi öyüd-nəsihətə görə minnətdarlığını bildirdi. Bacı ona Müqəddəs Kitab dərslərinin necə keçirildiyini göstərdi və onlar söhbətlərini davam etmək üçün vaxt təyin etdilər.

Kolumbiyadakı bacı-qardaşlarla birgə sevinirik ki, insanlara «Yehovanın nurunda» yeriməyə kömək etmək üçün belə gözəl fürsət yarandı (Əşiya 2:5).