Kontentə keç

21 DEKABR 2022
KONQO DEMOKRATİK RESPUBLİKASI

Konqoda (Kinşasa) dağıdıcı daşqınlar və torpaq sürüşmələri baş verib

Konqoda (Kinşasa) dağıdıcı daşqınlar və torpaq sürüşmələri baş verib

13 dekabr 2022-ci il tarixində şiddətli yağışlar Konqoda (Kinşasa) daşqın və torpaq sürüşməsinə səbəb oldu. Yolların su altında qalması və binaların uçması nəticəsində təxminən 141 nəfər həlak olub.

Bacı-qardaşlara təsiri

  • Təəssüf ki, 1 qardaş həyatını itirib

  • 1 təbliğçi xəsarət alıb

  • 3 ev dağılıb

  • 3 evə ciddi zərər dəyib

  • 5 evə cüzi zərər dəyib

  • 1 ibadət evinə cüzi zərər dəyib

Yardım işləri

  • Rayon nəzarətçiləri yerli ağsaqqallarla birgə zərərçəkən ailələrə təsəlli verir və onlara praktiki kömək göstərirlər

  • Yardım işlərinə nəzarət etmək üçün 3 Zərərçəkənlərə yardım komitəsi təyin edildi

  • Bütün yardım işləri COVİD-19 təhlükəsizlik qaydalarına uyğun təşkil edilir

Biz İsa Məsihin bütün təbiət ünsürlərinə nəzarət edəcəyi, yer üzünü və insanları qoruyacağı günü səbirsizliklə gözləyirik (Mətta 8:25—27).