Kontentə keç

3 İYUN 2021
KONQO DEMOKRATİK RESPUBLİKASI

Konqoda alur dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan edildi

Konqoda alur dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan edildi

30 may 2021-ci il tarixində alur dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin elektron formatda buraxılışı elan edildi. Proqram qabaqcadan yazıya alınmışdı. Elanı Konqo (Kinşasa) filialının komitə üzvü Uqo Kabitşva səsləndirdi.

Layihə ilə bağlı vacib faktlar

  • Alur dilində Mərkəzi Afrikada, əsas etibarilə Konqo Demokratik Respublikasının şimal-şərq bölgələrində və qonşu Uqandada danışırlar.

  • Hesablamalara görə, alur dilində 1 735 000 insan danışır.

  • Bu dildə 48 yığıncaq var. Onlarda 1500-dən çox təbliğçi xidmət edir.

  • Tərcümənin üzərində 6 tərcüməçi 1 il işləyib.

Konqo (Kinşasa) filialının komitə üzvü Kristian Belotti deyib: «Alur dilində danışan təbliğçilər bu Müqəddəs Kitabı oxumaqdan zövq alacaqlar. Xidmətdə bu kitabdan istifadə edərək təbliğçilər başqalarına Allahın Kəlamını başa düşməyə və sevməyə kömək edə biləcəklər» (Luka 24:32).

Əminik ki, bu Müqəddəs Kitab bacı-qardaşlara «əbədi müjdə»ni bəyan etməkdə böyük yardımçı olacaq (Vəhy 14:6).