Kontentə keç

2 YANVAR 2020
KONQO DEMOKRATİK RESPUBLİKASI

Konqonun geniş ərazilərini sel aparıb

Konqonun geniş ərazilərini sel aparıb

Şiddətli küləklər və davamlı daşqınlar Mərkəzi Afrikada yerləşən Konqo Demokratik Respublikasında təhlükəli vəziyyət yaradıb. Yehovanın Şahidlərinin Konqo (Kinşasa) filialından verilən məlumata görə, Yehovanın Şahidləri arasında çoxlu zərərçəkənlər var. Əfsuslar olsun ki, paytaxt Kinşasada bir qardaş daşqın zamanı həlak olub.

Konqo (Kinşasa) filialı xəbər verib:

  • Cənub-qərbdəki Kasai əyalətində şiddətli küləklər və leysan yağışları Yehovanın Şahidləri ailələrinin yaşadığı altı evi məhv edib.

  • Şimal-qərbdəki Sud-Ubangi əyalətində bir ibadət evini tamamilə su basıb. Həmin ibadət evindən 69 təbliğçisi olan üç yığıncaq istifadə edirdi. Daşqın bu ərazidə yaşayan 22 ailədən də yan keçməyib. Bu ucqar ərazidə yaşayan zərərçəkən bacı-qardaşlara maddi və ruhani yardımın göstərilməsini təşkil etmək üçün filial ora bir xüsusi öncül və daha bir ağsaqqal təyin edib.

  • Çopo əyalətində Konqo çayı sahillərində yaşayan bacı-qardaşlar evlərini tərk etməli olmuşlar. Bu ərazidə ən azı bir ibadət evini su basıb.

  • Paytaxt Kinşasadakı yığıncaqlardan alınan məlumata görə, daşqın təxminən 80 ailəyə ziyan vurub.

Daşqın ucbatından antisanitar vəziyyət yaranıb, epidemiya təhlükəsi artıb. Buna görə də filial təbliğçilərə səhhətlərini qorumaqla bağlı göstərişlər verir.

Vəziyyət çətin olsa da, bacı-qardaşlar bir-birlərinə əl tutur: onlar ərzaq və paltarlarını bir-birləri ilə bölüşürlər. Filialın rəhbərliyi altında fəaliyyət göstərən Təbii fəlakətdən zərərçəkənlərə yardım komitələri də öz köməyini əsirgəmir.

Biz bilirik ki, etdiyimiz dualar, eləcə də Yehovanın təşkilatının göstərdiyi maddi və ruhani yardım bu keşməkeşli günlərdə əziyyət çəkənlər üçün təsəlli olacaq (Əşiya 61:1, 2).