28 SENTYABR 2023
KONQO DEMOKRATİK RESPUBLİKASI
Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» linqala və digər altı dildə işıq üzü gördü
29 avqust 2023-cü ildə Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» linqala dilində, «Yeni Dünya Tərcüməsi»nin bəzi hissələri isə alur, kinande, kipende, kisonqe, kituba və uruund dillərində işıq üzü gördü. Rəhbərlik Şurasının üzvü Mark Sanderson qardaş Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada «Mağtiğ» stadionunda keçirilən «Səbirli olun!» adlı regional toplantı zamanı 75 715 nəfərin önündə kitabın işıq üzü gördüyünü elan etdi. Filialın ərazisində yerləşən 53 toplantı zalından və digər yerlərdən 219 457 nəfər isə görüşü videoyayım vasitəsilə izləyirdi. Linqala dilində «Yeni Dünya Tərcüməsi»nin və kisonqe dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin çap formatı elə həmin gün iştirakçılara paylanıldı. Kitabın digər hissələri isə bir müddət sonra çap olunacaq. Nəşrlərin elektron formatı elə həmin vaxt əlçatan idi. Kitab aşağıdakı dillərdə işıq üzü gördü:
Alur (İbranicə Müqəddəs Yazılar: Yaradılış— Əyyub, Nəğmələr nəğməsi)
Alur dilində əsasən Mahaqi ərazisində yaşayan təxminən 1 750 000 insan danışır
Alurdilli 45 yığıncaqda 1609 təbliğçi xidmət edir
Yehovanın Şahidləri nəşrlərin alur dilinə tərcüməsinə 2013-cü ildə başlayıb
Tərcümə ofisi Bunyada yerləşir
Kinande (İncil)
Şimali Kivu və İturidə yaşayan təxminən 903 000 insan kinande dilində danışır
Kinandedilli 78 yığıncaqda 4793 təbliğçi xidmət edir
Yehovanın Şahidləri nəşrlərin kinande dilinə tərcüməsinə 1998-ci ildə başlayıb
Tərcümə ofisi Butemboda yerləşir
Kipende (İbranicə Müqəddəs Yazılar: Yaradılış, Çıxış, Lavililər, Hakimlər, Rut, 1 İşmuil, 2 İşmuil və Nəğmələr nəğməsi)
Kasai, Kvanqo və Kvilo əyalətlərində yaşayan təxminən 2 milyon insan kipende dilində danışır
Kipendedilli 88 yığıncaqda 3349 təbliğçi xidmət edir
Yehovanın Şahidləri nəşrlərin kipende dilinə tərcüməsinə 1996-cı ildə başlayıb
Tərcümə ofisi Kikvitdə yerləşir
Kisonqe (İbranicə Müqəddəs Yazılar: Yaradılış, Çıxış və Nəğmələr nəğməsi. Həmçinin İncil)
Əsasən Lomami əyalətində yaşayan təxminən 1 milyon insan kisonqe dilində danışır
Kisonqedilli 31 yığıncaqda 1043 təbliğçi xidmət edir
Yehovanın Şahidləri nəşrlərin kisonqe dilinə tərcüməsinə 2006-cı ildə başlayıb
Tərcümə ofisi Kinşasada yerləşir
Kituba (İncil: Mətta, Mark, Romalılara, 1 Korinflilərə, 2 Korinflilərə, Qalatiyalılara və Filippililərə)
Konqo Respublikasının cənub hissəsində, eləcə də Anqola və Qabonda yaşayan 12 milyondan çox insan kituba dilində danışır
Kitubadilli 30 yığıncaqda 2137 təbliğçi xidmət edir
Tərcümə ofisi 2019-cu ildə Puent-Nuarda fəaliyyətə başlayıb
Linqala («Yeni Dünya Tərcüməsi»)
40 milyondan çox insan linqala dilində danışır
Linqaladilli 1266 yığıncaqda 74 023 təbliğçi xidmət edir
Yehovanın Şahidləri nəşrlərin linqala dilinə tərcüməsinə 1960-cı illərdən başlayıb
Linqala dilində «Yeni Dünya Tərcüməsi» 2009-cu ildə işıq üzü görüb
Tərcümə ofisi Kinşasada yerləşir
Uruund (İncil: Mətta, Mark, Romalılara və 1 Korinflilərə)
Əsasən Lualaba əyalətində yaşayan təxminən 153 000 nəfər uruund dilində danışır
Uruunddilli 19 yığıncaqda 553 təbliğçi xidmət edir
Yehovanın Şahidləri nəşrlərin uruund dilinə tərcüməsinə 1994-cü ildən başlayıb
Tərcümə ofisi Kolvezidə yerləşir
Bu yeni tərcümə olunmuş və yenidən baxılmış nəşrlər aid olduğu ərazilərində xidmət edən bacı-qardaşlara çox kömək edəcək. Kitubadilli bir təbliğçi deyir: «Fikir vermişik ki, çox vaxt insanların bizə qulaq asmamasına səbəb onların dilində olmayan nəşrlərdən istifadə etməyimizdir. Məsələn, ayəni fransızca oxuyanda onlar başa düşmür. Bu yeni nəşrlər sayəsində hətta oxuya bilməyən insanlar da, Allahın sözünü dinləyə və faydalana biləcəklər». Linqala dilindəki «Yeni Dünya Tərcüməsi» barədə bir oxucu demişdi: «Çox sadə dildə yazılmış Müqəddəs Kitaba sahib olmaq, qarşılaşdığımız insanlara vermək üçün çox dəyərli daş-qaşa sahib olmağa bərabərdir».
Əminik ki, Yehova bu nəşr vasitəsilə «Allahın sözünü dinləməyi» ürəkdən arzulayanları axtaranların işini avand edəcək (Həvarilərin işləri 13:7)