Kontentə keç

14 MAY 2024
KOT-D’İVUAR

Kot-d’İvuarda beynəlxalq futbol yarışması zamanı təbliğ

Kot-d’İvuarda beynəlxalq futbol yarışması zamanı təbliğ

2024-cü il yanvarın 13-dən fevralın 11-ə qədər Afrikanın müxtəlif ölkələrindən idmançılar beynəlxalq futbol yarışması olan 34-cü Afrika Millətlər Kubokunda iştirak edib. Kot-d’İvuarda keçirilən bu yarışmaya 24 ölkədən minlərlə insan gəlmişdi. Tədbir zamanı Yehovanın Şahidləri qonaqlara Müqəddəs Kitabdan xoş xəbəri çatdırırdılar. Yarışın keçirildiyi beş böyük şəhərdə 120-dən çox ədəbiyyat arabası qurulmuşdu.

Abidjan şəhərində bir cavan oğlan ədəbiyyat arabalarımızdan birinə yaxınlaşdı və «Sizə əziz adam öləndə» broşürü ilə maraqlandı. O dedi ki, bu yaxınlarda əziz dostunu itirib. Qardaşlar ona Yəhya 5:28, 29 ayələrini oxuyandan sonra o təsəlli tapdı və söhbəti davam etmək üçün qardaşları evinə dəvət etdi.

Anyama şəhərində bir polis işçisi ədəbiyyat arabalarının birinə yaxınlaşıb dedi ki, Yehovanın Şahidlərinin nəşrlərini, xüsusilə də yaradılış və həyatın əmələ gəlməsi barədə oxumağı çox sevir. İşinin çox olmasına baxmayaraq, o, nömrəsini qardaşlara verib onunla əlaqə saxlamalarını istədi.

Abidjanda bir orta yaşlı kişi ədəbiyyat arabasına yaxınlaşıb dedi ki, gənc yaşlarında Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırırdı. Ancaq sonra o, yığıncaqla əlaqəni itirdi. İllər ərzində kişi Yehovanın Şahidləri və digər dinlər arasındakı kəskin fərqi müşahidə edirdi. Siyasi ixtişaşlar zamanı Yehovanın xalqı arasındakı sülh və birlik ona xüsusilə təsir etmişdi. O, Müqəddəs Kitab dərsi keçmək istədiyini dedi. Hal-hazırda qardaşlar onunla müntəzəm olaraq dərs keçirlər.

Sevinirik ki, Kot-d’İvuardaki bacı-qardaşlarımız bir çox xalqlardan olan insanlara «Allahın əzəmətli işləri»ni çatdırmaq üçün bu fürsəti əldən buraxmadılar (Həvarilərin işləri 2:11).