24 YANVAR 2024
KOT-D’İVUAR
Müqəddəs Kitabın «Mətta» bölməsi yakuba dilində işıq üzü gördü
7 yanvar 2024-cü il tarixində Kot-d’İvuar filial komitəsinin üzvü Culs Bezi qardaş Man şəhərində baş tutan xüsusi proqramda Müqəddəs Kitabın «Mətta» bölməsinin yakuba dilində işıq üzü gördüyünü elan etdi. Ümumilikdə proqramda canlı olaraq 302 nəfər, videokonfrans vasitəsilə isə 257 nəfər iştirak etmişdi. İştirakçılar dərhal nəşri elektron və audio formatda yüklədilər. Nəşrin çap formatı isə yaxın gələcəkdə əlçatan olacaq.
Kot-d’İvuar, Qvineya və Liberiyada təxminən 1,5 milyon insan yakuba dilində danışır. Hal-hazırda Kot-d’İvuarda yakubadilli 4 yığıncaqda və 6 qrupda təxminən 254 dindaşımız xidmət edir.
Müqəddəs Kitabın yakuba dilində tam tərcümə olunmuş versiyası yoxdur. İncilin isə bu dildə iki tərcüməsi var. Amma onların heç birində Allahın «Yehova» adı istifadə olunmayıb və dili çox çətindir. Buna görə də bacı-qardaşlar Müqəddəs Kitabın «Mətta» bölməsini aydın və asan başa düşülən dildə oxuya biləcəkləri üçün çox sevinirlər. Bir qardaş bölüşür: «Digər tərcümələrdə bəzi ayələri başa düşmək üçün onları yavaş-yavaş və dəfələrlə oxumaq lazım gəlirdi. İndi “Mətta” bölməsini oxuyanda sevinirik ki, oxuduğumuzu asanlıqla başa düşürük!»
Yehovaya minnətdarıq ki, yakubadilli dindaşlarımıza belə gözəl hədiyyə bəxş edib. Bu onlara və digər insanlara «Padşahlığı hər şeydən üstün» tutmağa kömək edəcək (Mətta 6:33).