Kontentə keç

6 FEVRAL 2024
KUBA

«Mətta» və «Mark» kitabları Kuba jest dilində işıq üzü gördü

«Mətta» və «Mark» kitabları Kuba jest dilində işıq üzü gördü

20 yanvar 2024-cü il tarixində Kubanın Havana şəhərində Quanabakua toplantı zalında keçirilən xüsusi toplantı proqramında Kuba jest dilində «Mətta» və «Mark» kitabları işıq üzü gördü. Kitabları həmin andaca jw.org saytından yükləmək mümkün oldu.

Kubanın ərazisində təxminən 53 000 eşitmə məhdudiyyətli insan yaşayır. Kubada yaşayan eşitmə məhdudiyyətli insanlara xoş xəbəri çatdırmağa 1990-cı illərdən başlayaraq xüsusi diqqət yetirilir. Kuba jest dilində Müqəddəs Kitaba əsaslanan nəşrlər ilk dəfə 2011-ci ildə dərc edilib. Hal-hazırda bütün ölkə üzrə 28 jestdilli yığıncaq və 10 qrupda 756 bacı-qardaşımız xidmət edir.

Bacı eşitmə məhdudiyyətli qardaşa yeni çıxan nəşri telefona yükləməyə kömək edir

İlk dəfədir ki, Müqəddəs Kitabın «Mətta» və «Mark» bölmələri Kuba jest dilinə tərcümə olunur. Bir bacımız bölüşür: «Mark 7:32—37 ayələrində İsanın eşitmə məhdudiyyətli kişini sağaltdığı hadisə çox gözəl tərcümə olunub. Məndə elə təəssürat yarandı ki, sanki, o adam mən idim. Çox ürəyimcə oldu. İndi yeni dünyada həyatın necə gözəl olacağını təsəvvür etmək mənə daha asandır. Çox sağ olun!»

Kuba jest dilində çıxan bütün bu ruhani hədiyyələrə görə çox sevinirik və əminik ki, bu nəşrlər daha çox insana Yehovanı bütün qəlbi, bütün varlığı və bütün ağlı ilə sevməyə kömək edəcək (Mark 12:30).