6 NOYABR 2024
KUBA
«Oskar» qasırğası Kubanı viran qoydu
2024-cü il oktyabrın 20-si «Oskar» qasırğası Barakoa şəhərinin (Kuba, Quantanamo vilayəti) yaxınlığına çatdı. 1-ci kateqoriyaya aid olan qasırğanın yaratdığı küləyin sürəti saatda 120 kilometrə çatdı və ərazinin elektrik sistemini sıradan çıxardı. Kubanın şərqində 38 santimetrə qədər yağış yağdı. Nəticədə, evləri, iş yerlərini və tarlaları su basdı. Quantanamo vilayətində 2000-dən çox evə ziyan dəydi və ən azı 7 nəfər həyatını itirdi.
Bacı-qardaşlara təsiri
Təəssüf ki, yaşlı bir bacımız həlak olub
2 təbliğçi cüzi xəsarət alıb
14 təbliğçi təxliyə olunub
13 ev dağılıb, onlardan ikisində yığıncaq görüşləri keçirilirdi
22 evə ciddi ziyan dəyib
5 evə cüzi ziyan dəyib
Yardım işləri
Filial nümayəndələri, rayon nəzarətçiləri və ağsaqqallar daşqından zərərçəkənlərə ruhani və əməli kömək göstərir
Yardım işlərinə nəzarət etmək üçün 2 Zərərçəkənlərə yardım komitəsi yaradılıb
Qasırğanın səbəb olduğu dağıntılara və insan itkisinə görə dərin kədər hissi keçiririk. Əminik ki, Yehova Ona güvənənləri tək qoymayacaq (Zəbur 55:22).