Kontentə keç

7 İYUN 2018
KUBA

Yehovanın Şahidi olan bir ailə təyyarə qəzasında həyatını itirdi

Yehovanın Şahidi olan bir ailə təyyarə qəzasında həyatını itirdi

Cümə günü, 18 may 2018-ci il tarixində Havayadan (Kuba) qalxan «Boeing 737» təyyarəsi qısa müddət sonra qəzaya uğrayıb. Göyərtədə olan 113 nəfərdən təkcə bir nəfər sağ qalıb. Beləcə, bu, uzun illər ərzində ölkədə baş verən ən dəhşətli təyyarə qəzası hesab olunub.

Təəssüf ki, ölənlər arasında üç nəfər Yehovanın Şahidi də (ata, ana və 22 yaşlı oğul) olub. Bu ailənin dəfn mərasimi şənbə günü, 26 may 2018-ci il tarixində keçirildi.

Yerli ağsaqqallar mərhumların dostlarına və qohumlarına emosional dəstək və Müqəddəs Kitab əsasında təsəlli verdi. Həmçinin hakimiyyət nümayəndələri öz əyani köməyini onlardan əsirgəmədi. Əminik ki, Yehova bundan sonra da yaşadığımız bu çətin zəmanədə «bütün yaslılara təsəlli» verəcək (Əşiya 61:1, 2).