15 İYUN 2022
LİTVA
Avropa İnsan Hüquqları Məhkəməsi Stanislav Teliatnikovun işi ilə bağlı Litvanın əleyhinə qərar verdi
7 iyun 2022-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) əqidəsinə görə hərbi xidmətdən imtina edən Stanislav Teliatnikovun işi üzrə Litvanın əleyhinə qərar verdi. Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinə əsasən insanın fikir, vicdan və din azadlığı hüququ var. Buna görə də qərar verildi ki, Litva Konvensiyanın maddəsinə zidd davrandığı üçün Stanislava 3000 avro (3196 dollar) dəyərində təzminat ödəsin.
Avropa Şurasına üzv olan bütün dövlətlərin demək olar ki, hamısı alternativ mülki xidmətin tətbiqini dəstəkləyir. Buna görə də Stanislav hərbi xidmətə çağırılanda Şuranın standartlarına uyğun olaraq, alternativ mülki xidmət tələb etdi. Lakin Litvada bu cür xidmət növü mövcud deyil. AİHM Ermənistan, Azərbaycan və Türkiyə üçün çıxartdığı qərarı Litva üçün də təkrarladı və bildirdi ki, Avropa Şurasına üzv olan bütün dövlətlər öz vətəndaşları üçün cəza tətbiq etmədən, onlara qarşı ayrı-seçkilik etmədən alternativ mülki xidməti təmin etməlidir.
Ermənistan o vaxtdan bəri alternativ mülki xidmət proqramını uğurla tətbiq edir. Əqidəsinə görə hərbi xidmətdən imtina edən gənc oğlanlar bunun yerinə cəmiyyətə daha faydalı olacaq işlərlə məşğul ola bilər.
Ümid edirik ki, bu dövlətlər kimi Litva da AİHM-in qərarına uyğun olaraq, alternativ mülki xidmət proqramını tətbiq edəcək. Əminik ki, Yehova Litvadakı dindaşlarımıza dayaq olacaq və lazımi rəhbərliyi verəcək (Mərsiyələr 3:25).