Kontentə keç

25 YANVAR 2018
MADAQASKAR

«Ava» qasırğası Madaqaskarı viran qoyur

«Ava» qasırğası Madaqaskarı viran qoyur

Madaqaskar 2018-ci il yanvarın 5-i baş vermiş dağıdıcı «Ava» qasırğasının vurduğu zərəri aradan qaldırır. Hesabata əsasən, 51 nəfər həyatını itirib və minlərlə insan təxliyyə edilib.

Madaqaskar filialın verdiyi məlumata görə, heç bir dindaşımız həyatını itirməyib. Lakin ən azı 45 yaşayış evi və 6 ibadət evi ziyan görüb və ya tamamilə yararsız hala düşüb. Qasırğa həmçinin ölkədəki bir çox təbliğçilərin yaşayışını təmin edən əkin sahələrini məhv edib. Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi qasırğadan zərər çəkən təbliğçilərin qida, paltar və müvəqqəti sığınacaq kimi zəruri ehtiyaclarını təmin edib. Filialdan olan iki qardaş qasırğanın ziyan vurduğu əraziyə gələrək zərər çəkən ailələri Müqəddəs Kitab ayələri ilə ruhlandırmaq üçün xüsusi görüş təşkil etdi.

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası ümumdünya təbliğ işinə edilən ianələrin bir qismini təbii fəlakətdən zərər çəkənlərə, o cümlədən bu qasırğadan sonrakı yardım işlərinə sərf edir. Yehovaya dua edirik ki, O, bu müddət ərzində Madaqaskardakı bacı-qardaşlarımızın pənah yeri olsun (Zəbur 9:9, 10).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

Madaqaskar: Rinera Rakotomalala, tel.: +261333701291