Kontentə keç

9 İYUN 2022
MALAYZİYA

İban dilində «İncilin Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

İban dilində «İncilin Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

2022-ci il iyunun 5-i iban dilində «İncilin Yeni Dünya Tərcüməsi» işıq üzü gördü. Çoxlu bacı-qardaş qabaqcadan yazıya alınmış proqrama baxmaq üçün ibadət evinə toplaşmışdı. Digər təbliğçilər isə proqramı videokonfrans vasitəsilə izləmişdi. Kitabın çap formatı iyul və ya avqust ayında hazır olacaq.

Tərcüməçilər Müqəddəs Kitabı tərcümə edən zaman müxtəlif regionlardakı iban dilinin dialektləri arasındakı fərqləri nəzərə alıblar. Müxtəlif regionlardan olan oxucular bu işdə tərcüməçilərə yardımçı olublar. Onlar mətni oxuyub, ibandilli insanların çoxunun başa düşə biləcəyi tərcüməni seçməkdə tərcüməçilərə kömək ediblər.

Bu yeni tərcümə təbliğçilərə Müqəddəs Kitab təlimlərini təbliğdə daha dəqiq izah etməyə kömək edəcək. Məsələn, əvvəllər təbliğçilərə Yəhya 4:24 ayəsini izah etmək çətin idi. Orada deyilir: «Ona [Allaha] ibadət edənlər ruha və həqiqətə uyğun ibadət etməlidirlər». Müqəddəs Kitabın iban dilində olan əvvəlki tərcüməsində «ruh» sözü qeyri-dəqiq tərcümə edilmişdi və «ölülərin ruhu» mənasını verirdi. Bu, maraqlanan insanlarda Allaha ibadətə dair çaşqınlıq yaradırdı.

Yeni tərcümənin önəmi barədə bir tərcüməçi belə demişdi: «“İncilin Yeni Dünya Tərcüməsi”nin dilimizdə mövcud olması aydın şəkildə göstərir ki, Yehova bütün insanları sevir».

Dua edirik ki, Müqəddəs Kitabın bu tərcüməsi ibandilli insanlara Müqəddəs Kitabı daha yaxşı başa düşməyə, Yehovaya yaxınlaşmağa və adına həmdlər ucaltmağa kömək edəcək (Zəbur 117:1).