7 FEVRAL 2022
MALTA
Maltada Yehovanın Şahidlərinə rəsmi qeydiyyat verildi
Bu yaxınlarda Maltada yeni hüquqi şəxsimiz a — Yehovanın Şahidləri Maltada təşkilatı qeydiyyata alındı. Qeydiyyat haqqında şəhadətnamə təşkilata 28 dekabr 2021-ci il tarixində təqdim edildi.
Yehovanın Şahidlərinin Maltada müasir tarixi 1970-ci illərdən başlayır. Amma uzun müddət rəsmi qeydiyyatları olmadığı üçün yığıncaqlar əmlaka sahib ola və hətta bank hesabı aça bilmirdi. 1994-cü ildə Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları Birliyi Maltada qeydiyyatdan keçməmiş qurum kimi fəaliyyət göstərməyə başladı. Bu, birliyə müəyyən hüquqlar versə də, onlar çox məhdud idi. Yehovanın Şahidləri Maltada təşkilatına rəsmi qeydiyyat verilməsi sayəsində ölkə ofisi və yığıncaqlar sərbəst şəkildə fəaliyyət göstərəcək.
Maltanın ölkə ofisinin komitə üzvü Co Maqri deyir: «Qeydiyyat prosesində Yehovanın hadisələrə necə istiqamət verdiyini görmək imanımızı möhkəmləndirdi. Bu işdə bizə Britaniya və baş idarədəki hüquq şöbələri kömək edirdi. İndi Allahın adı qeydiyyatdan keçmiş təşkilatımızın adının tərkibinə daxildir və biz çox şadıq ki, bunun sayəsində Padşahlıq işinə daha çox töhfə verəcək və Yehovanın adını daha çox ucaldacağıq».
Hal-hazırda Maltada 11 yığıncaq və 800-dən çox Yehovanın Şahidi var. Necə də xoşdur ki, həvari Bulusun təxminən 2000 il bundan əvvəl Maltada təməlini qoyduğu təbliğ işi «heç bir maneə olmadan» bu gün də davam edir! (Həvarilərin işləri 28:1, 30, 31).
a Rəsmi qeydiyyata alınmış fərdi şəxslərə, şirkətlərə, təşkilatlara və digər müəssisələrə hüquqi şəxs deyilir.