23 DEKABR 2022
MAVRİKİ
Mavriki kreol dilində «İncilin Yeni Dünya Tərcüməsi» işıq üzü gördü
17 dekabr 2022-ci il tarixində Fransa filial komitəsinin üzvü Lui Bren Mavriki kreol dilində «İncilin Yeni Dünya Tərcüməsi»nin buraxıldığını elan etdi a. Əvvəlcədən yazıya alınmış bu elanı 2200-dən çox insan izlədi. Müqəddəs Kitabın elektron və çap formatı artıq əlçatandır.
Hind okeanının cənub-qərbindəki Mavriki adasında yaşayan insanlar əsasən mavriki kreol dilində danışır. Bu ada 2007 kvadrat kilometr ərazini əhatə edir və Madaqaskardan təxminən 800 kilometr şərqdə yerləşir. 1933-cü ildə Cənubi Afrikadakı Yehovanın Şahidləri bu adaya təbliğ etməyə gəlmişdilər. İlk yığıncaq 1951-ci ildə yaranmışdı və ibadət görüşləri Mavrikinin rəsmi dili olan ingilis dilində keçirilirdi.
Mavriki kreol dilində İncilin tam şəkildə yalnız bir tərcüməsi var idi. Amma həmin tərcümədə Allahın adı «Yehova» yox idi. «İncilin Yeni Dünya Tərcüməsi»ndə isə «Yehova» adına 237 dəfə rast gəlinir. Bu tərcümədə həmçinin Müqəddəs Kitab terminləri asan başa düşülən tərzdə verilib.
Tərcüməçilər COVID-19 pandemiyası zamanı işi müvəqqəti olaraq dayandırmışdılar. Bir tərcüməçi demişdi: «İşə yenidən çox böyük həvəslə başladıq. Bu iş əvvəlkindən də sürətlə irəlilədi. Biz pandemiyadan qabaq layihəni bitirmək üçün bir tarix təyin etmişdik. O qədər sürətlə işlədik ki, layihəni elə həmin tarixdə bitirə bildik».
Əminik ki, bu yeni tərcümə sayəsində bacı-qardaşlarımız bundan sonra da Yehovaya yaxınlaşacaq və sədaqətlə Ona xidmət edəcək (Əşiya 65:13).
a Mavrikidəki təbliğ işinə Fransa filial komitəsi nəzarət edir.