Kontentə keç

23 İYUN 2021
MEKSİKA

Çol dilində İncilin «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

Çol dilində İncilin «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

20 iyun 2021-ci il tarixində Mərkəzi Amerika filialının komitə üzvü Robert Batko çol dilində elektron formatda İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi. Proqram qabaqcadan yazıya alınmışdı. Ona təxminən 800 nəfər baxdı.

Layihə ilə bağlı vacib faktlar

  • Çol dili yerli dillərdən biridir. Bu dildə Meksikanın cənub-şərqində yerləşən Çyapas ştatında danışırlar.

  • Çol dilində 200 000-ə yaxın adam danışır.

  • Çol dilində fəaliyyət göstərən 22 yığıncaqda və 2 qrupda 500-dən çox təbliğçi xidmət edir.

  • Layihə üzərində 3 tərcüməçi 2 il 3 ay işləyib.

Tərcümə işində iştirak etmiş bir qardaş deyib: «Bu yeni tərcümədə gündəlik həyatda istifadə etdiyimiz sözlər istifadə olunub. Kitabın hər fəslini oxumaq mənə zövq verir».

Başqa qardaş deyib: «Müqəddəs Kitabı ispan dilində oxuya bilirəm, ancaq onu doğma çol dilində oxuyanda ürəyim sevinir. Elə bil evdə bişirilən yeməyi yeyirsən».

Əminik ki, bu yeni tərcümə çol dilində danışan bacı-qardaşlara ruhani «dəfinə»nin axtarışında gözəl yardımçı olacaq (Məsəllər 2:4, 5).