10 İYUN 2022
MEKSİKA
«İncilin Yeni Dünya Tərcüməsi» nauatl (Şimali Puebla) dilində işıq üzü gördü
2022-ci il iyunun 5-i Mərkəzi Amerika filialının komitə üzvü Edvard Ban «İncilin Yeni Dünya Tərcüməsi»nin nauatl (Şimali Puebla) dilində çap və elektron formatda işıq üzü gördüyünü elan etdi. Qabaqcadan yazıya alınmış bu proqramı 1500-dən çox insan izlədi.
Nauatl (Şimali Puebla) dilində danışan insanlar Meksikanın əsasən Puebla və Verakrus ştatlarında yaşayırlar. Bu dildə ilk yığıncaq 2002-ci ildə yaranıb. İndiyə kimi təbliğçilər Yehova adı əvəzinə Allah və Rəbb sifətləri işlənən Müqəddəs Kitabdan istifadə edirdilər.
Edvard qardaş nitqində demişdi: «Sizi vaxt itirmədən İncilin bu tərcüməsini oxumağa təşviq edirik. Tamamilə əmin ola bilərsiniz ki, Allahın Kəlamı sizin dilinizdə dəqiq tərcümə olunub».
Biz əminik ki, bu tərcümə nauatldilli bacı-qardaşların imanını möhkəmləndirəcək və Allahın Padşahlığı haqda müjdənin yayılmasında onlara kömək edəcək (Mark 13:10).