Kontentə keç

20 İYUN 2019
MEKSİKA

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Meksika, Monterrey)

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Meksika, Monterrey)
  • Tarix: 7—9 iyun 2019-cu il

  • Məkan: «BBVA Bankomer» stadionu (Meksika, Monterrey)

  • Proqramın dilləri: ingilis, Meksika jest dili, ispan

  • Qoşulan məkanların sayı: 6 ölkədə 38 məkan (Kosta-Rika, Qvatemala, Honduras, Meksika, Nikaraqua və Panama)

  • İştirakçıların ən yüksək sayı: 39099

  • Vəftiz olunanların ümumi sayı: 393

  • Beynəlxalq nümayəndələrin sayı: 4682

  • Dəvət olunmuş filiallar: Argentina, Braziliya, Kolumbiya, Fransa, İtaliya, Yaponiya, Niderland, Paraqvay, Peru, İspaniya, ABŞ

  • Yerli ərazidə baş vermiş hadisə: Quadelupe şəhərinin merinin nümayəndəsi Roberto Valero şənbə günü toplantının keçirildiyi stadiona baş çəkib. O, digər şeylərlə yanaşı qeyd edib: «Dövlətimizin məqsədi əhali arasında sülh və təhlükəsizliyi təmin etməkdən ibarətdir. Siz, Yehovanın Şahidləri, nümunəvi vətəndaş olmaqla bu işə böyük töhfə verirsiniz. Bunu bütün şəhər bilir».

 

Bacı-qardaşlar nümayəndələri Monterrey Beynəlxalq Hava Limanında qarşılayırlar

Nümayəndələr arxasında möhtəşəm Silla dağının ucaldığı toplantı məkanının ərazisinə axışırlar

Rəhbərlik Şurasının üzvü Mark Sanderson cümə günü yekun məruzəni söyləyir

Şənbə günü dörd hovuzdan birində vəftiz olunanlardan biri

Beynəlxalq nümayəndələr toplantı proqramına diqqətlə qulaq asırlar

Dəvət olunmuş xüsusi tamvaxtlı xidmətçilər toplantının sonuncu günündə stadionda əyləşənlərə əl edirlər

Meksikanın Apodaka şəhərindən olan ailə «Biz sizi sevirik» yazısını tutur

Qonaq gəlmiş nümayəndə və yerli bacı Monterreydə təbliğ edirlər

Nümayəndələr şimali Meksikanın «Polka Nortena» rəqsinin ifasına baxırlar

Bacılar Meksikanın Xalisko ştatının ənənəvi rəqsini ifa edir