Kontentə keç

Mərkəzi Amerikadakı uzunmüddətli yardım işində 42000-dən çox təbliğçi iştirak edib

12 APREL 2019
MEKSİKA

Dağıdıcı zəlzələlərdən sonra Yehovanın Şahidləri Mərkəzi Amerikadakı geniş yardım işlərini bitirib

Dağıdıcı zəlzələlərdən sonra Yehovanın Şahidləri Mərkəzi Amerikadakı geniş yardım işlərini bitirib

2017-ci ildə Qvatemala və Meksikada iki güclü zəlzələ olub. 2018-ci ilin dekabr ayında qardaşlarımız həmin ərazidəki geniş yardım işlərini bitirib.

Mərkəzi Amerika filialı yardım işlərinə fəlakətlərdən zərər çəkmiş bacı-qardaşlarımızı ruhlandırmaq üçün görüşlərin təşkili ilə başlayıb. Görüşlər Çyapas, Morelos, Oaxaka və Puebla ştatlarında və Mexiko şəhərində keçirilib. Bərpa işlərinin təşkili üçün filial komitəsinin nəzarəti altında ümumilikdə 39 Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərib.

Mərkəzi Amerika filial komitəsinin nümayəndəsi Cesse Perez Morelos ştatındakı zərərçəkmişlərlə görüşüb

Yenidən tikilən Toplantı zalının damında işləyən iki qardaş

Meksikada on müxtəlif ştatdan 42000-dən çox təbliğçi könüllü kimi yardım işində iştirak edib. Bacı-qardaşlarımız 619 evi, 5 ibadət evini və 2 Toplantı zalını yenidən tikib. Onlar həmçinin 502 evi və 53 ibadət evini təmir edib. Qvatemalada əlavə olaraq on ev tikilib.

Yardım alan Yehovanın Şahidləri arasında Ernandezlər və Santyaqolar ailələri də olub.

Ernandezlər ailəsi qardaşlar tərəfindən yenidən tikilmiş evlərinin qarşısında

Ernandezlər ailəsi Mexikodan 40 kilometr aralıda yerləşən Çalko şəhərində yaşayır. 19 sentyabr 2017-ci il tarixində baş vermiş zəlzələ nəticəsində onların evi tamamilə dağılmışdı. Ana Maria Ernandez deyir: «Çətin idi, lakin ehtiyac duyduğumuz hər şeyimiz var idi. Qardaşlarımız çox qeydimizə qalırdılar. O mənzərə hələ də gözümün qarşısındadır — əvvəllər evimiz olan yerdə 50-dən çox bacı-qardaşımız yeni evimizi tikmək üçün işləyir. Qonşularımız qardaşlarımızın bizim üçün etdiklərinə hələ də heyrandırlar». Praktiki köməkdən əlavə, Mərkəzi Amerika filialının nümayəndəsi Ernandezlər ailəsinə baş çəkib və Müqəddəs Kitab əsasında təsəlli verib.

Santyaqo ailəsi yeni evlərinin qarşısında

Oaxaka ştatının Xuçitan şəhərində yaşayan Santyaqolar ailəsinə 7 sentyabr 2017-ci il tarixində baş vermiş zəlzələ nəticəsində ziyan dəyib və evləri dağılıb. Lakin altı aydan da az müddətə qardaşlarımız onlara yeni ev tikib. Ailə başçısı Viktor Santyaqo deyir: «Mən Yehovanın təşkilatının bizə göstərdiyi köməyin sürətinə heyranam. Yehovanın hər şeyi nəzarətdə saxladığını gördüm».

Mərkəzi Amerika filial komitəsinin üzvü Cessi Perez deyir: «İki zəlzələ çox böyük dağıntılar törədib. Lakin sonrakı uzunmüddətli bərpa işləri bacı-qardaşlara hazırlıq ruhlarını nümayiş etdirmək imkanı yaratdı. Çoxlu sayda təbliğçi qardaşlıq məhəbbətlərini təzahür etdirərək yardım işlərində iştirak edib. Yehovanın bu yardım işini xeyir-dualandırmasına çox sevinirik» (2 Korinflilərə 8:1—4).