Kontentə keç

17 AVQUST 2020
MEKSİKA

«Hanna» qasırğası Meksikaya çatıb

«Hanna» qasırğası Meksikaya çatıb

Məkan

Tamaulipas və Nuevo-Leon ştatları (Meksika)

Təbii fəlakət

  • Tropik qasırğa səviyyəsinə enən «Hanna» qasırğası 26 iyul 2020-ci il tarixində Meksikanın şimal-şərq sahillərinə çatıb və böyük daşqına səbəb olub

Bacı-qardaşlarımıza təsiri

  • Nuevo-Leon ştatında 14 ailə qabaqcadan təxliyə edilmişdi

  • Reynosa şəhərində (Tamaulipas ştatı) 100 təbliğçi evini tərk etməli olub

Əmlaka dəyən zərər

  • Nuevo-Leon ştatında 21 evə ziyan dəyib

  • Tamaulipas ştatında 117 evə ziyan dəyib

Yardım işləri

  • Mərkəzi Amerika filialı Zərərçəkənlərə yardım komitəsi təşkil edib

  • Rayon nəzarətçiləri və yığıncaq ağsaqqalları su basmış evləri təmizləmək və dezinfeksiya etmək üçün lazımi tədbirlər görürlər

  • Nuevo-Leon ştatında təxliyə olunmuş bacı-qardaşların əksəriyyəti evlərinə qayıdıb

  • Tamaulipas ştatında yığıncaqlar zərərçəkənləri yemək və paltarla təmin edir

Yehovaya şükürlər olsun ki, bacı-qardaşlar arasında xəsarət alan yoxdur. Zərərçəkənlərə edilən yardım göstərir ki, səmavi Atamız və Onun xalqı həmişə «dar gündə köməyə hazırdır» (Zəbur 46:1).