Kontentə keç

Kulyakanda qarşıdurma zamanı yandırılmış nəqliyyat vasitələri

8 NOYABR 2019
MEKSİKA

Meksikada atışma zamanı bir Yehovanın Şahidi qətlə yetirilib

Meksikada atışma zamanı bir Yehovanın Şahidi qətlə yetirilib

17 oktyabr 2019-cu il tarixində bir milyona yaxın əhalisi olan Kulyakan şəhərində (Meksika, Sinaloa ştatı) polis və Meksikanın təhlükəsizlik qüvvələri ilə ağır silahlanmış narkokartel arasında atışma olub. Atışma zamanı əsas yollar bağlanmış, maşınlar yandırılmış və yaxınlıqdakı həbsxanadan məhbuslar qaçmışdı. Rəsmi məlumatlara görə, ən azı 14 nəfər qətlə yetirilib. Əfsuslar olsun ki, Mərkəzi Amerika filialından verilən məlumata görə, atışma zamanı öldürülənlər arasında qardaşımız Noye Beltran da olub.

Noye Beltran iki uşağı ilə

Üç uşaq atası olan 39 yaşlı Noye qardaş işdə ikən ona sovuşan güllə dəyib. Yerli bacı-qardaşlar və rayon nəzarətçisi onun həyat yoldaşı Roseo və üç balaca uşaqlarına Müqəddəs Kitabdan təsəlli verir və dəstək olurlar.

Kulyakanda 80 yığıncaq, 7000-dən çox təbliğçi var. Qarşıdurma zamanı bəzi yığıncaqlar həftəiçi görüşlərin və təbliğ görüşlərinin vaxtını müvəqqəti dəyişib. Bəzi bacı-qardaşlar həftəiçi görüşlərə evlərindən qoşulurdular. Rayon nəzarətçiləri qəfil baş verən bu qarşıdurma ucbatından zərər çəkmiş və zorakılıqla üzləşmiş bacı-qardaşlara təsəlli verirlər.

Qardaşımız Noya Beltranın faciəvi ölümü bizi çox kədərləndirir. Dua edirik ki, Allahımız Yehova bacımız Roseo və onun övladlarına dəstək olmağa davam etsin. Biz sülh olacağı, kədərin isə böyük sevinclə əvəz olunacağı vaxtı həsrətlə gözləyirik (Mark 5:42).