Kontentə keç

2 NOYABR 2023
MEKSİKA

«Otis» qasırğası Meksikanın cənub-qərb sahillərini xaraba qoyub

«Otis» qasırğası Meksikanın cənub-qərb sahillərini xaraba qoyub

25 oktyabr 2023-cü il tarixində «Otis» qasırğası Meksikanın cənub-qərbində yerləşən turistik şəhər olan Akapulkoya çatdı. «Otis» indiyədək Sakit okeanın bu hissəsində qeydə alınmış 5-ci kateqoriyaya ən tez çatan qasırğa oldu. Qasırğa sürəti saatda 265 kilometrdən çox olan külək, leysan yağışları və daşqınlar gətirdi. Yollara, binalara və infrastruktura ciddi ziyan dəyib. Yüzlərlə insan işıqsız qalıb. Ən azı 45 nəfər ölüb.

Aşağıda yerli qardaşlardan əldə olunan ilkin məlumatlar gətirilir:

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlarımız arasında ölən və yaralanan yoxdur

  • Qasırğanın baş verdiyi ərazidə 10 000-dən çox bacı-qardaşımız yaşayır

  • Akapulko şəhərindəki bir toplantı zalına ciddi ziyan dəyib

Yardım işləri

  • Rayon nəzarətçiləri və yerli ağsaqqallar zərərçəkənlərə maddi və mənəvi kömək göstərirlər

  • Bacı-qardaşlara dəstək olmaq, onları ruhlandırmaq üçün Mərkəzi Amerika filialından dörd nümayəndə əraziyə yollanıb

  • Yardım işlərinə nəzarət etmək üçün Zərərçəkənlərə yardım komitəsi təyin olunub

Yehovaya dua edirik ki, «Otis» qasırğası nəticəsində zərər çəkmiş bacı-qardaşlarımıza qəlb rahatlığı və təsəlli versin (Filippililərə 4:6, 7).