Kontentə keç

3 NOYABR 2021
MEKSİKA

«Pamela» qasırğası Meksikada daşqına səbəb olub

«Pamela» qasırğası Meksikada daşqına səbəb olub

13 oktyabr 2021-ci il tarixində «Pamela» qasırğası Meksikanın Sakit okean sahillərinə çatdı. Şiddətli külək və leysan yağışları ilə müşayiət olunan 1-ci kateqoriyalı bu qasırğa əsasən Duranqo, Nayarit və Sinaloa ştatlarında daşqınlara səbəb oldu.

Bacı-qardaşlara təsiri

  • Dindaşlarımız arasında xəsarət alan yoxdur.

  • 112 təbliğçi təxliyə olunub.

  • 75 evə cüzi ziyan dəyib.

  • 1 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Qardaşların sözlərinə görə, təbii fəlakətlər haqda təşkilatdan aldıqları rəhbərlik sayəsində qasırğaya hazırlıqlı idilər.

  • Təxliyə olunanlar qohumlarının və dindaşlarının evində qalır.

  • 20 təbliğçi ərzaqla təchiz olunub.

  • Yerli ağsaqqallar zərərçəkənlərə baş çəkir və təsəlli verirlər.

  • Bütün yardım işləri COVID-19 pandemiyası ilə bağlı təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.

Təbii fəlakət zamanı dərhal gələn kömək Yehovanın məhəbbət və qayğısının sübutudur. Allahımız həqiqətən də bizim pənahımızdır (Zəbur 59:16).