Kontentə keç

3 OKTYABR 2019
MEKSİKA

Sapotek (istmus) dilində İncilin «Yeni Dünya Tərcüməsi» işıq üzü görüb

Sapotek (istmus) dilində İncilin «Yeni Dünya Tərcüməsi» işıq üzü görüb

27 sentyabr 2019-cu il tarixində Meksikanın San-Blas-Atempa şəhərində (Oaxaka ştatı) keçirilmiş regional toplantıda sapotek (istmus) dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan edilib. Toplantıda iştirak etmiş 1983 nəfər bu xəbəri sevinclə qarşılayıb. Elanı Mərkəzi Amerika filialının komitə üzvü Hoel İsagire səsləndirib. İlk dəfədir ki, sapotek (istmus) a dilində Yehovanın adı olan Müqəddəs Kitab buraxılıb.

Layihə üzərində işləyərkən tərcüməçilər bir sıra qeyri-adi çətinliklərlə üzləşiblər. Onları tərcümə ofisinə köçürdükdən qısa müddət sonra həmin ərazidə etiraz aksiyaları və toqquşmalar başladı. Qəzəblənmiş insanlar şəhərə girişin qarşısını almışdılar. Bir ay ərzində vəziyyət gərgin olaraq qalırdı; şəhərdə qida qıtlığı başladı. Xoşbəxtlikdən, ətraf kəndlərdə yaşayan bacı-qardaşlar tərcüməçiləri öz bostanlarından meyvə-tərəvəzlə təmin edirdilər. 7 sentyabr 2017-ci il tarixində şəhərdə 8,2 bal gücündə baş vermiş və şəhəri viran qoymuş zəlzələ özü ilə başqa çətinliklər gətirdi. Tərcümə ofisində qalıb işləmək təhlükəli idi. Mərkəzi Amerika filialı tez bir zamanda tərcüməçiləri filiala köçürtdü. Bundan əlavə, Rəhbərlik Şurasının bir üzvü videokonfrans vasitəsilə bütün tərcümə qrupu ilə görüşüb onlara ürək-dirək verdi.

Şübhə yoxdur ki, yeni İncil sapotek xalqından olan daha çox insana «həqiqət barəsində dəqiq biliyə [yiyələnməyə]» kömək edəcək (1 Timutiyə 2:3, 4).

a Sapotek (istmus) dilində Meksikada 85000-dən çox insan danışır. İstmus 50-dən çox sapotek dillərindən biridir.