2 MART 2022
MEKSİKA
Tlapanek dilində İncilin «Yeni Dünya Tərcüməsi» buraxıldı
2022-ci il fevralın 27-si Mərkəzi Amerika filialının komitə üzvü Karlos Kasares tlapanek dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin elektron formatda buraxılışını elan etdi. Bir qədər sonra kitab çap formatda da buraxılacaq. Qabaqcadan yazıya alınmış proqrama təxminən 820 adam baxdı.
Kitabın tərcüməsi 2020-ci ilin iyul ayında, COVID-19 pandemiyası zamanı başladı. Bir tərcüməçi deyir: «Bir sıra çətinliklərimizin olmasına baxmayaraq, tərcüməni bir il yarıma tamamladıq. Bu əsl möcüzə idi. Yehova işimizi tezləşdirdi».
Yeni tərcümədə müasir oxuculara aydın olan ifadələr istifadə olunub. Götürək Mətta 5:3 ayəsini. Köhnə tərcümələrdə bu ayə belə səslənirdi: «Müqəddəs ruhun köməyi olmadan heç nə edə bilmədiklərini dərk edənlər xoşbəxtdir» və ya «Ruhu zəif olanlar xoşbəxtdir». İncilin «Yeni Dünya Tərcüməsi»ndə isə bu ayə belə verilib: «Allahı axtarmaq lazım olduğunu dərk edənlər xoşbəxtdir».
Yeni tərcümə təbliğçilərə xidmətdə daha səmərəli olmağa kömək edəcək. Çıxışında Karlos qardaş dedi: «Külli-İxtiyar Allah istəyir ki, insanlar xoş xəbəri hər gün danışdıqları, başa düşməkdə çətinlik çəkmədikləri doğma dillərində eşitsin».
Tlapanek dilində danışan bacı-qardaşlarımızın sevincinə biz də şərikik. Onlarla «çiyin-çiyinə» Yehovaya xidmət etmək çox xoşdur (Səfənya 3:9).