15 NOYABR 2018
MEKSİKA
Ard-arda baş verən təbii fəlakətlər Meksikanı viran qoyur
Oktyabrın 23-ü Meksika iki təbii fəlakətə, «Visente» tropik qasırğasına və «Uilla» fırtınasına məruz qalıb. «Visente» qasırğası Meksikanın şimalında güclü daşqına, torpaq sürüşmələrinə və 11 nəfərin həyatını itirməsinə səbəb olub. Meksikanın Sakit okean sahillərini əhatə edən «Uilla» fırtınası nəticəsində güclü leysan yağışları yağıb və küləyin sürəti saatda 193 kilometrə çatıb. Buna görə də 4250 nəfər həmin ərazidən təxliyyə olunub.
Mərkəzi Amerika filialı bildirir ki, Meksikada baş verən bu təbii fəlakətlərdən həyatını itirənlər və yaralananlar arasında bacı-qardaşlarımız yoxdur. Bununla belə, Nayarit ştatında yaşayan 118 təbliğçi daha hündür əraziyə evakuasiya edilib. Daşqın nəticəsinə Sinaloada yerləşən bir ibadət evi və dindaşlarımıza məxsus bir neçə ev, eləcə də Miçoacan ştatında daha beş ev su altında qalıb. Yerli bacı-qardaşlar su altında qalan evləri, ibadət evini artıq təmizləyib və lazımi təmir işlərini görüblər.
Hər birimiz gələcəkdə təbii fəlakətlərin daha baş verməyəcəyi bir ümidə sahibik. Dua edirik ki, Meksikadakı zərərçəkən bacı-qardaşlarımız bu ümidi yadda saxlayaraq, bundan sonra da dözüm göstərsinlər (2 Korinflilərə 6:4).