Kontentə keç

23 OKTYABR 2013-CÜ İL
MEKSİKA

Şiddətli qasırğalar Meksikanı öz cənginə alıb

Şiddətli qasırğalar Meksikanı öz cənginə alıb

2013-cü ilin sentyabrın əvvəlindən başlayaraq düz ortalarına qədər «İnqrid» və «Manuel» qasırğaları Meksikanı öz cəngində saxlayırdı. Yağan güclü leysan yağışları daşqın və torpaq sürüşmələrinə səbəb olmuşdur. Evlərə və əkin sahələrinə ziyan dəymişdir, ən azı, 80 nəfər həyatını itirmişdir. Fəlakət zamanı bir Yehovanın Şahidi xəsarət almışdır. Yollar bağlı olduğundan Çilpansinqo şəhərində (Gerrero ştatı) keçirilən vilayət konqresində iştirak edən 300-dən çox Yehovanın Şahidi öz evlərinə qayıda bilməmişdi. Onları Yehovanın Şahidlərinin Konqres zallarında və həmimanlılarının evlərində yerləşdirmişdilər. Zərərçəkənlərin tələbatlarını öyrənmək və onlara yardım etmək məqsədilə Meksikadakı Yehovanın Şahidlərinin nümayəndələri səyyar nəzarətçilərlə, eləcə də ağsaqqal olan Yehovanın Şahidlərindən ibarət olan yardım komitələri ilə əməkdaşlıq etməyə davam edirlər.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel. +17185605000

Meksika: Marko Barrera, tel. +525558580116