Kontentə keç

3 İYUL 2014-CÜ İL
MEKSİKA

Yehovanın Şahidləri kitab və jurnal sərgisində iştirak etdilər

Yehovanın Şahidləri kitab və jurnal sərgisində iştirak etdilər

MEXİKO ŞƏHƏRİ. Yehovanın Şahidləri Meksika Poliqrafiya Sənayesinin Milli Palatasının təşkilatçılığı ilə keçirilən I İctimai Kitab Sərgi-Yarmarkasına qatılmışdılar. Milli Palatanın 50 illiyi ilə əlaqədar təşkil olunan bu sərgi 2014-cü il aprelin 25-dən mayın 4-dək Mexiko Beynəlxalq Ticarət Mərkəzində keçirilmişdi və orada 150 nəşriyyat evi iştirak etmişdi. Sərgiyə 20000-ə yaxın insan baş çəkmişdi.

Yehovanın Şahidləri öz guşələrində Müqəddəs Kitaba əsaslanan müxtəlif kitablar, jurnallar və videomateriallar sərgiləmişdilər. Onlar həmçinin insanları bu nəşrlərin elektron formatlarda 650-dən çox dildə yerləşdiyi rəsmi www.pr418.com saytları ilə də tanış edirdilər. Sərgiyə gələnlər Yehovanın Şahidlərindən 1600 ədəd ədəbiyyat götürdülər. Hətta bəziləri onlara evlərində baş çəkmələrini xahiş etdilər. Həmişəki kimi, Yehovanın Şahidləri bu ədəbiyyatları və Müqəddəs Kitab dərslərini pulsuz təklif edirdilər.

Yehovanın Şahidlərinin Meksikadakı təmsilçisi Qamaliel Kamarillo dedi: «Guşəmizə bu qədər insanın baş çəkdiyini görəndə çox sevinirdik. Onlar Müqəddəs Kitabla və jw.org saytımızla maraqlanırdılar. Fikrimizcə, bu sərgidə iştirak etməyimiz ictimaiyyətin rifahına xidmət edir, çünki məşğul insanların bu dəyərli mənbələrə müraciət etmək imkanları yaranır. Biz sərginin nəticələrindən xeyli razıyıq».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000

Meksika: Qamaliel Kamarillo, tel.: +525551333048