Kontentə keç

8 SENTYABR 2017
MEKSİKA

Meksikada zəlzələ

Meksikada zəlzələ

Sakit okeanın Meksika sahillərində sentyabrın 7-dən 8-nə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Son yüz ildə ölkədə baş verən bu ən güclü zəlzələ təxminən 45 insanın həyatına son qoyub. Təəssüflə xəbər veririk ki, ölənlərin arasında bir qardaşımız və iki bacımız var.

Bundan əlavə, aldığımız ilkin məlumatlara əsasən, bir çox bacı-qardaşımızın evi, həmçinin bəzi ibadət evləri zədələnib və ya tamamilə dağılıb. Çyapas ştatındakı iki Toplantı zalına da ziyan dəyib. Bu istiqamətdə hesablamalar davam edir.

Biz bacı-qardaşlarımız üçün dua edirik və əminik ki, Yehova onlara təsəlli və güc verəcək (2 Salonikililərə 2:16, 17).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Meksika: Qamaliel Kamarillo, tel.: +52 555 133 3048