28 OKTYABR, 2014–CÜ İL
MEKSİKA
Meksikadakı Yehovanın Şahidləri Odil qasırğasından zərərçəkənlərə yardım edirlər
Ətraf ərazilərdə yaşayan Yehovanın Şahidləri bazar ertəsi, 2014-cü il 15 sentyabr tarixində Aşağı Cənubi Kaliforniya sahilini öz cənginə alan Odil qasırğasından zərərçəkənləri ərzaq, su və tibbi ləvazimatlarla təmin etdilər. 1967-ci ildən bəri yarımadada baş vermiş ən güclü qasırğadaYehovanın Şahidlərinin arasında ölənlər və yaralananlar olmayıb. Bununla belə, 82 Yehovanın Şahidinin evi uçub, 85 ev ciddi zərər görüb, 125 ailə təxliyyə olunub. Təxliyyə olunanlara dindaşlarının evində sığınacaq verilib. Qasırğadan dörd gün əvvəl Yehovanın Şahidlərinin yardım komitəsi bütün yığıncaqlara ehtiyat tədbirləri ilə əlaqədar məktub göndərmişdilər. Habelə, yığıncaq nəzarətçiləri qəzalı evlərdə yaşayan yığıncaq üzvlərini iman bacı-qardaşlarının evlərinə yerləşdirmişdilər. Yehovanın Şahidlərinin Meksikadakı filialı fəlakət baş verən əraziyə 20 tondan artıq yardım göndərdi.
Əlaqə üçün:
Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000
Meksika: Qamaliel Kamarillo, tel.: +52 555 133 3048