28 NOYABR 2014-CÜ İL
MEKSİKA
Meksikada dövlət məmurları Yehovanın Şahidlərinə idman kompleksini təmizlədikləri üçün minnətdarlıqlarını bildiriblər.
MEXİKO. 2014-cü il iyunun 7-də 250-dən çox Yehovanın Şahidi «Baldomero Melo Almada» idman kompleksini xüsusi mərasimə hazırlamaq üçün yığışdırmaq çağırışına hay vermişdilər və buna görə dövlət məmurları onlara minnətdarlığını bildirmişdi.
2014-cü il iyunun 7-də stadionda ştatın qubernatoru tərəfindən yüngül atletika trekinin açılışı planlaşdırılırdı. Huatabampo şəhərinin Bələdiyyə İdman İnstitutunun direktoru professor Antonio Kota Markes bir neçə ay ərzində stadionu yığışdırmaq üçün könüllülər axtarırdı. Yehovanın Şahidləri onun xahişinə ürəkdən hay vermiş, ona və təmizlik personalına stadionun zibilini təmizləmək, basketbol lövhələrini rəngləmək və meydana qulluq kimi mühüm işlərdə kömək etmişlər.
Direktorun Yehovanın Şahidlərinə müraciət etməsinin səbəbi onları yaxşı tanıması idi. Yehovanın Şahidləri həmin idman kompleksinin zallarından birində ispan və mayo dilində Müqəddəs Kitabı pulsuz maarifləndirmə ilə bağlı dəfələrlə mərasimlər keçirmiş, həmişə də zala lazımi qulluq göstərmişlər. Yehovanın Şahidlərinin idman kompleksini təmizləyib təmir etdiklərini görəndən sonra direktor müsahibəsində belə demişdi: «Vaxtını qurban verib bizim idman kompleksini təmizləyən bu cür fədakar insanların olması bizi sevindir». Sonra belə demişdi: «Merimiz Ramon Dias Neblasın adından bugünkü zəhmətinizə görə sizə dərin minnətdarlığımızı bildirirəm. İndən belə də bu kompleksdən istifadə edə bilərsiniz, sizi burada görməyə şad olarıq. İşinizi məsuliyyətlə və əməkdaşlıq ruhunda görməyiniz bizə gözəl təsir bağışladı».
Əlaqə üçün:
Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000
Meksika: Qamaliel Kamarillo, tel.: +52 555 133 3048