Kontentə keç

Uiçolda hücum çəkənlər bu evə basqın edib, qapı-pəncərələri və damı oğurlayıblar. Kiçik şəkil: evlərindən qovulmuş Uiçol yığıncağının üzvləri.

6 FEVRAL 2018
MEKSİKA

Meksikanın Xalisko ştatında Yehovanın Şahidləri uiçol qəbiləsindəki evlərindən qovulublar

Meksikanın Xalisko ştatında Yehovanın Şahidləri uiçol qəbiləsindəki evlərindən qovulublar

MEXİKO. 2017-ci il dekabrın 4-ü Xaliskonun dağlıq ərazisindəki Tukspan-de-Bolanos şəhərciyində bir kütlə yerli üiçol qəbiləsindən olan 12 dindaşımıza və onlarla əlaqə saxlayan 36 nəfərə hücum edib evlərindən qovdular. Hücum çəkənlər uiçol dininə xas adət-ənənələrdə iştirak etmədikləri üçün Yehovanın Şahidlərinə hiddətlənmişdilər. Dini təqibin qurbanı olan dindaşlarımız yardım üçün hüquqi orqanlara müraciət ediblər.

Dindaşlarımızın oğurlanmış və ya çölə atılmış əşyaları.

Meksikanın hakimiyyət orqanları uiçol ənənələrinə və mədəniyyətinə hörmət etdikləri üçün yerli qəbiləyə müəyyən qədər avtonomiya veriblər. Ənənəvi uiçol hökumətinin tələbi ilə dindaşlarımız zorakı şəkildə evlərindən çıxarılıb, evlərinə basqın edilib, qapı-pəncərələri və damları oğurlanıb. Oğurlanmayan əşyaları isə xəndəyə atılıb. Sonra onlar meşəyə aparılıb və geri qayıtdıqları təqdirdə öldürüləcəkləri ilə hədələniblər.

Uiçol qəbiləsindən olan Yehovanın Şahidləri ibadət evinin həyətində.

Meksika filialının nümayəndəsi evlərindən didərgin düşmüş bu dindaşlarımızla görüşüb, onlara Müqəddəs Kitab əsasında təsəlli verdi və yaşayış yeri ilə təmin etdi. Yehovanın Şahidlərinin vəkilləri Xalisko hökumətinin başçısı, insan hüquqları üzrə prokuror, bölgə prokuroru, eləcə də cinayətin qurbanlarına yardım göstərən nümayəndə ilə görüşüb. Bu hökumət nümayəndələri hal-hazırda həmin cinayət işini araşdırırlar.

Yehovanın Şahidlərinin Meksikadakı nümayəndəsi Qamaliel Kamarillo bildirir: «Sülhpərvər və yerli adət-ənənəyə hörmət göstərən dindaşlarımızın vicdanları yol vermədiyi ayinlərdə iştirak etmədikləri üçün hücuma məruz qaldıqlarını görmək bizi çox mütəəssir edir. Ümid edirik ki, yerli hökumət bu dini təqibi tez bir vaxtda həll edəcək».

Evlərini və əşyalarını itirən bacı-qardaşlarımız üçün dua edirik və əminik ki, Yehova Öz təşkilatı vasitəsilə onlara bundan sonra da lazımi köməyi göstərəcək (Əşiya 32:2).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

Meksika: Qamaliel Kamarillo, tel.: +525551333048