Kontentə keç

4 SENTYABR 2017
MƏRKƏZİ AFRİKA RESPUBLİKASI

Mərkəzi Afrika Respublikasında Yehovanın Şahidləri silahlı qarşıdurma baş verən ərazidən qaçırlar

Mərkəzi Afrika Respublikasında Yehovanın Şahidləri silahlı qarşıdurma baş verən ərazidən qaçırlar

Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsinin üzvü humanitar əşyaları paylayır

DUALA (Kamerun). Mərkəzi Afrika Respublikasının müəyyən hissələrində baş verən etnik və dini zorakılığın artması ucbatından Yehovanın Şahidləri qonşu ölkələr olan Kamerun və Konqo Demokratik Respublikasına qaçmağa məcbur oldular. Orada dindaşları onları qəbul edib qayğı göstərdi.

2017-ci il iyulun 13-ü zorakılıq halları şiddətləndiyindən təxminən on beş Yehovanın Şahidi ailələri ilə birgə, təzəcə doğulmuş körpə də daxil olmaqla, Kamerunun şərqindəki Mbay Mbum kəndinə qaçdı. Növbəti həftə silahlı dəstə tərəfindən törədilən digər qarşıdurmada evlər yandırıldı, Banqasudan (Mərkəzi Afrika Respublikası) olan təxminən 60 Yehovanın Şahidi sərhədi keçərək Ndu şəhərindəki (Konqo Demokratik Respublikası) həmimanlılarının yanına sığındı.

Qaçqın düşən ailə təzəcə doğulmuş körpəsi ilə

Yehovanın Şahidlərinin Mərkəzi Afrika Respublikasındakı nümayəndəsi Jan-Bernard Fayanqa qeyd edir: «Çox şadıq ki, heç bir bacı-qardaşımız bu qarşıdurmada həyatını itirməyib. Biz Kamerun və Konqo filialları ilə sıx əməkdaşlıq edirik ki, həmin ərazidə təbii fəlakətdən zərərçəkənlərə yardım komitələri təşkil olunsun və zərərçəkənlər içməli su, qida, müvafiq mənzillə təmin edilsin, eləcə də onlara ruhani dəstək göstərilsin».

Yehovanın Şahidlərinin ağsaqqalları qaçqın düşənlərin ana dili olan sanqo dilində Müqəddəs Kitaba əsaslanan videolar göstərməklə onlara ruhani dəstək olur

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası baş idarədən ümumdünya təbliğ işinə edilən ianələrin bir qismini təbii fəlakətdən zərər çəkənlərə yardım işinə sərf edir.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

Kamerun: Jilles Mba, tel.: +237699630727

Mərkəzi Afrika Respublikası: Jan-Bernard Fayanqa, tel.: +23675751605