19 OKTYABR 2023
MİKRONEZİYA
Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» truk dilində işıq üzü gördü
1 oktyabr 2023-cü ildə Mikroneziya filial komitəsinin üzvü Karlito Dela Kruz qardaş Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin truk dilində işıq üzü gördüyünü elan etdi. Bu elan Mikroneziyanın Çuuk adalarında keçirilən xüsusi toplantıda 83 nəfərlik auditoriya qarşısında səsləndi. Bundan başqa Quam və Birləşmiş Ştatlardakı trukdilli yığıncaq və qruplardakılar da daxil olmaqla, proqramı videokonfrans vasitəsilə 435 nəfər izlədi. Elandan dərhal sonra nəşri elektron formatda yükləmək mümkün idi. Kitabın çap formatı 2024-cü ilin yanvar ayında işıq üzü görəcək.
Truk dili, əsasən, Sakit Okenanın qərbində yerləşən və Mikroneziyanın Federativ Ştatlarının bir hissəsi olan Çuuk adalarında danışılır. Yehovanın Şahidlərinin nəşrləri truk dilinə 1978-ci ildən tərcümə olunur. Çuuk adalarındakı iki trukdilli yığıncaqda, Quam adasındakı bir yığıncaqda və Birləşmiş Ştatlardakı bir yığıncaq, üç qrup və bir yarım qrupda təxminən 180 dindaşımız xidmət edir.
Truk dilində Müqəddəs Kitabın digər tərcümələri mövcud olsa da, bəzilərində Allahın məxsusi adı — Yehova adına rast gəlinmir. «Yeni Dünya Tərcüməsi»ində bu ad orijinal mətndə mövcud olduğu yerlərdə bərpa olunub. Karlito qardaş demişdi: «Əminəm ki, bu tərcümə çox sayda trukdilli insanın Yehovanın adını bilməsinə, üstəlik Ona yaxınlaşmasına kömək edəcək».
Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin truk dilində işıq üzü görməsi bizi çox sevindirir. Əminik ki, bu nəşr «əbədi həyat yolunda yeriməyə meyli» olanlara kömək edəcək (Həvarilərin işləri 13:48).