24 İYUN 2022
MOZAMBİK
İncilin «Yeni Dünya Tərcüməsi» lomve dilində işıq üzü gördü
2022-ci il iyunun 19-u Mozambik filialının komitə üzvü Patrik Heker lomve dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin işıq üzü gördüyünü elan etdi. Proqram yazıya alınan vaxt Müqəddəs Kitab həmin dildə elektron formatda mövcud idi. Lomve dilində danışan təbliğçilərin çoxu proqramı öz ibadət evlərindən izlədi. İştirakçıların hamısına kitabın çap versiyası verildi.
Lomve dilində Müqəddəs Kitab 1930-cu ildən bəri mövcuddur. Amma kitab çox baha və qəliz dildə idi. Həmçinin dəqiq tərcümə olunmamışdı. Məsələn, bu tərcümələrdən birində Luka 23:43 ayəsi belə verilmişdi: «Bunu bil, sən mənimlə göydə olacaqsan». «Yeni Dünya Tərcüməsi»ndə isə bu ayə daha dəqiq tərcümə olunub. Orada yazılıb: «Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan!»
Tərcüməçilərdən biri İncilin lomve dilindəki «Yeni Dünya Tərcüməsi» haqda bu sözləri demişdi:«Bu tərcümə aydın və asandır. Şübhəsiz, bacı-qardaşlar ayələrin mənasını asan başa düşür və öyrəndiklərinə əməl etməyə təşviq olunurlar».
Əminik ki, bu nəşr bacı-qardaşlara ruhani tələbatlarını ödəməyə və xidmətdə rastlaşdıqları insanlara kömək etməyə yardım edəcək (Mətta 5:3).