Kontentə keç

9 MART 2023
MOZAMBİK

«İncilin Yeni Dünya Tərcüməsi» ronqa dilində işıq üzü gördü

«İncilin Yeni Dünya Tərcüməsi» ronqa dilində işıq üzü gördü

2023-cü il 5 mart tarixində Mozambikin Maputu şəhərindəki Zimpeto Milli Stadionunda keçirilən xüsusi tədbirdə «İncilin Yeni Dünya Tərcüməsi»nin çıxdığı elan olundu. Mozambik filialının komitə üzvü Kastro Salvado qardaş bu elanı 3150 nəfərlik auditoriyanın qarşısında səsləndirdi. Bu, COVID-19 pandemiyası başlayandan bəri Mozambikdə keçirilən ilk canlı tədbir idi. Tədbirə canlı qatılanlar Müqəddəs Kitabın çap olunmuş nəşrini əldə etdilər.

Ronqa dili təxminən 618 000 insanın ana dilidir. Mozambikin Maputu şəhərində insanlar bu dildə danışır. Düzdür, ronqa dilində Müqəddəs Kitabın tərcümələri mövcuddur, amma onların bəzilərində istifadə olunan yazı qaydalarını və vurğu işarələrini əksəriyyət artıq başa düşmür.

Bir tərcüməçi yeni işıq üzü görən Müqəddəs Kitabla bağlı deyir: «Belə gözəl ərmağana görə qəlbim sevinclə dolub-daşır. Bilirəm ki, bacı-qardaşlar Müqəddəs Kitabın bu sadə və asan oxunan tərcüməsinə görə çox məmnundurlar. Bu yeni nəşr sayəsində Yehovanın sözləri qəlbimizə toxunur, ruhumuza hopur».

Müqəddəs Kitabın yeni tərcüməsinə görə bacı-qardaşlarımız çox sevindilər. Onların sevinci bizim də sevincimizdir. Dua edirik ki, Yehova bundan sonra da ronqadilli sahədə görülən işləri mübarək qılsın (Romalılara 12:15).