Kontentə keç

28 MAY 2019
MOZAMBİK

«Kenet» siklonu Mozambikin şimalında dağıntılar törədib

«Kenet» siklonu Mozambikin şimalında dağıntılar törədib

25 aprel 2019-cu il tarixində «Kenet» siklonu Mozambikin şimalında dağıntılar törədib. Bu, mart ayında ölkəni viran qoyan «İdai» siklonundan sonra ikinci siklondur. «Kenet» siklonu daşqın və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə, evlər dağılıb, yollar yuyulub və onsuz da qeyri-sabit infrastruktura ciddi zərər dəyib.

Kabo-Delqado əyalətində 300-ə yaxın təbliğçi yaşayır, lakin onlar arasında ölən və ya yaralanan yoxdur. Bununla belə, qardaşlarımıza məxsus 9 ev dağılıb, 16-na isə ciddi zərər dəyib. Bundan əlavə, bir ibadət evi dağılıb, üçünə isə zərər dəyib. Ərazidəki rayon nəzarətçisi, Yerli layihə-inşaat şöbəsinin yerli nümayəndəsi və tərcümə ofisindən iki qardaş siklonun təsirinə məruz qalmış bütün yığıncaqlara baş çəkmiş və lazımi yardım göstərmişlər.

Yehovaya güvənən və dar günlərində Ondan kömək və güc diləyən bacı-qardaşlarımıza görə dua edirik (Zəbur 46:1).