Kontentə keç

3 NOYABR 2023
MOZAMBİK

Müqəddəs Kitabın Mətta bölməsi çopi dilində işıq üzü gördü

Müqəddəs Kitabın Mətta bölməsi çopi dilində işıq üzü gördü

29 oktyabr 2023-cü il tarixində Mozambikin Kuissiko şəhərində keçirilən xüsusi toplantıda Mətta kitabı çopi dilində işıq üzü gördü. Mozambik filialının komitə üzvü Marselo Santos qardaş kitabın çıxdığını 460 nəfərlik auditoriya qarşısında elan etdi. Tədbirdə iştirak edənlərə kitabın çap olunmuş nüsxələri paylanıldı. Kitab elektron və audio formatda da əlçatandır.

Mozambikin cənub əyalətlərində yaşayan təxminən 1,1 milyon insan çopi dilində danışır. Yeddi çopidilli yığıncaq və beş qrupda 332-dən çox bacı-qardaşımız xidmət edir. Çopi dilində Müqəddəs Kitabın başqa tərcümələri olsa da, bu tərcümələrdə Yehova adına rast gəlinmir. Üstəlik, həmin kitablar bahadır və qədim dildə yazıldığı üçün aydın başa düşülmür.

Çopi dilində çıxan bu yeni nəşrə görə çox sevinirik və çopidilli bacı-qardaşlarımızın sevincinə şərikik. Dua edirik ki, bu nəşr həqiqətə susayan insanlara təravət gətirsin (Əşiya 55:1).